Deputat: “Bizim futbolda yuxarı liqalara komanda çıxmır, uduzan da, udan da yerində sayır"

“Təklif edirəm ki, dərhal respublikanın bütün yerlərində regional şöbə və komissiyalar yaradılsın, qazilərə vəsiqələr yerindəcə verilsin”.

Newsport.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, bununla bağlı işlər sürətlənməlidir: “İkincisi isə Azərbaycanda futbolla bağlı məsələdə ciddi problemlər var. Deyirlər ki, Azərbaycan çempionatı keçirildi. Bu, elə Bakı çempionatı olub. Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz? Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur. Azərbaycan futbolunu məhv etməyin, uşaq futbolunu məhv etməyin. Artıq həyəcan təbili çalmaq lazımdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right