Canni De Byazi: "Qrupda 4-cü yer məni qane etməyəcək"

"Albaniya yığmasındakı şəraiti nəzərə alaraq həmin uğuru əldə edəcəyimizi heç kim təsəvvür edə bilməzdi. Hazırkı komandamda isə yeni mentalitet və beynəlxalq yarışlara fərqli yanaşma formalaşdırmağa çalışıram".

Newsport.az-ın məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Calciosovietico" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, komandada yaxşı iş planlaşdırmaq imkanı ilə əla struktur mövcuddur: "Biz gəncləri yetişdirməyə çalışmalı və onların praktikalarını genişləndirməli, təlim-məşq toplanışları təşkil etməliyik. Bunlar gənclərin texniki və taktiki artımına istiqamətlənib".

İtaliyalı baş məşqçi seçmə mərhələ barədə iddialı söyləyib: "Biz qrupda 5-ci komanda kimi mübarizəyə başlayırıq. Amma məni 4-cü yer qane etmir. Biz məğlub düşüncələri rədd etməyə çalışmalıyıq. Bütün imkanlardan yararlanmaqla qərarlı və intellektli komanda olduğumuzu göstərmək istədiyimizə çox inanıram".

De Byazi İtaliya futbolunun Azərbaycanda inkişaf etməkdə olduğunu da vurğulayıb: "Bizim futbol Azərbaycanda çox məşhurdur. Bir çox insan İtaliya komandalarına azarkeşlik edir. Bilirəm ki, "Yuventus", "Milan", "İnter" və "Roma"nın xeyli tərəfdarı var".

Qeyd edək ki, Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya, İrlandiya, Serbiya və İrlandiya ilə eyni qrupda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right