Bu gün Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçına çıxacaq

Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edəcək. "ASK Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Son oyunda İspaniya seçməsinə 0:13 hesabı ilə uduzan yığma D qrupunda xal qazana bilməyib və sonuncu - 5-ci pillədə qərarlaşıb. Yalnız Azərbaycan millisini məğlub edən Moldova isə 3 xalla 4-cü sıradadır.

Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.

Avropa çempionatı, seçmə mərhələ

18:00. Azərbaycan - Moldova

"ASK Arena".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right