XVII turun matçları 1 dəqiqəlik sükutla başlayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
 
Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Onun sözlərinə görə, Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq, 25 fevral tarixində baş tutacaq qarşılaşmaların hamısından öncə 1 dəqiqəlik sükut elan ediləcək. 
 
Qeyd edək ki, XVII turun dörd matçının hamısı Xocalı faciəsinin ildönümündən bir gün əvvələ təsadüf edəcək. Həmin gün “Qəbələ” – “Sumqayıt” (15:00), “Zirə” – “Neftçi” (16:00), “Sabah” – “Keşlə” (17:30) və “Qarabağ” – “Səbail” (18:30) matçları keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right