Sənan Qurbanov: "Bu cür komanda ruhu bizə qələbələr gətirəcək"

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 16-cı turunda evdə "Zirə" ilə keçirdikləri oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis 2:2 hesabı ilə başa çatan oyunu şərh edib:

"Həftə ərzində futbolçularımıza "Zirə"yə qarşı necə oynayacaqlarını aşılamağa çalışdıq. Mənə elə gəlir ki, ilk yarıda oyunumuz daha yaxşı alındı. Futbolçular həm aqressiv, həm də taktiki cəhətdən düzgün oynadılar. Bu cür kollektivə qarşı oynamaq asan deyil. Futbolçular bunu dərk etdilər. Rəqib 10 nəfərlə qaldıqdan sonra daha da aqressivləşdi və adi səhv qapımızda qolla nəticələndi. Bugünkü istəyi komandada saxlamağa çalışacağıq. Hər şey bu oyunla bitmir. Əlbəttə, qalib gəlsəydik, daha yaxşı olardı. Amma alınmadı. İnanıram ki, bu cür komanda ruhu bizə qələbələr gətirəcək".

Qurbanov ötən turda "Qəbələ"yə məğlubiyyətə, həm də bugünkü xal itkisinə görə məsuliyyətini üzərinə götürdüyünü söyləyib: "Çünki baş məşqçi mənəm, futbolçuları meydana mən buraxıram. Nəticəyə görə də mən cavabdehəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right