Azərbaycanlı məşqçinin 22 yaşlı oğlu vəfat etdi

Veteran futbolçu, hazırda “Turan Tovuz” klubunun məşqçisi olan Nizami Ocaqverdiyevin ailəsinə ağır itki üz verib.

Newsport.az xəbər verir ki, Ocaqverdiyevin oğlu Xəqani dünyasını dəyişib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub, oğlunun vəfatı ilə əlaqədar Nizami Ocaqverdiyevə başsağlığı verib.

Qeyd edək ki, 22 yaşlı Xəqani Ocaqverdiyevin tələbə olduğu bildirilir. Hadisənin səbəbi məlum deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right