Klublarımızın yeni UEFA reytinqi

UEFA avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra klubların yeni reytinq cədvəlini açıqlayıb.

Newsport.az xəbər verir ki, oynanılan qarşılaşmalar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Azərbaycan klubları arasında “Qarabağ” ən yaxşı göstəriciyə malik olan komandadır. Mövqeyi dəyişməz qalan Ağdam təmsilçi 21,000 xalla  “Feyenoord” (Niderland), LASK (Avstriya) və “Styaua” (Rumıniya) ilə birgə 67-70-ci pillələri bölüşdürür.

“Qəbələ” isə 5,500 xalla 209-217-ci yerləri bölüşür. Mövqeyini qoruyan təmsilçimizlə “Riqa” (Latviya), “Proqres” (Lüksemburq), “Honved” (Macarısta), “Vaduts” (Lixtenşteyn), “Kalyu” (Estoniya), HİK (Finlandiya), “Lütsern” (İsveçrə), “Vitorul” (Rumıniya) və “Domjale”nin (Sloveniya) eyni xalı var.

"Qarabağ" və "Qəbələ"dən fərqli olaraq, “Neftçi” reytinqdə geriləyib. Paytaxt klubu 244-248-ci yerləri bölüşür. Komandanın şərikləri “Dunayska Ştreda” (Slovakiya), “KuPS” (Finlandiya), “Dinamo” (Belarus), “Ararat Armeniya” (Ermənistan) və “Hafnarfyordur” (İslandiya) klublarıdır.

Azərbaycanın digər klubları - “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 2,500 xalla  301-ci yerə şərikdirlər.

Qeyd edək ki, siyahıya  “Bavariya” (127,000) başçılıq edir. "Barselona"  (121,000) 2-ci, "Yuventus" (118,000) 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right