“Neftçi”&”Qəbələ”: “beşlər” kimə düşəcək?

Sabah Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. Turun ikinci günündə meydana çıxacaq “Qəbələ” “Neftçi” ilə görüşəcək. Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümün III dövrəsində ilk səfər sınağında qüvvəsini sınayacaq. Bu, rəqiblərin ümumilikdə 55-ci dueli olacaq. İndiyədək komandalar 54 dəfə üz-üzə gəlib. Aktivində 17 qələbə olan “Qəbələ” 13 heç-heçə edib və 24 matçda uduzub. Rəqib qapısından 67 top keçirən “qırmızı-qaralar” 78 qol buraxıb.
 
“Bakcell Arena”dakı görüş Premyer Liqa çərçivəsində yubiley – 50-ci görüş olacaq. Əvvəlki 49 qarşılaşmada 16 qələbəsi olan komanda 10 dəfə bir xalla kifayətlənib və 23 dəfə uduzub. Rəqib qapısına 60 dəfə yol tapan “qırmızı-qaralar” 72 top buraxıb.
 
28-ci dəfə “Neftçi” ilə səfərdə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib. 7 heç-heçə və 11 məğlubiyyəti olan futbolçular 34 qol vurub, 36 top buraxıb.
 
Xatırladaq ki, fevralın 20-də “Bakcell Arena”da keçiriləcək matç 18:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right