Əliyar Ağayev Yunanıstanda iki oyuna təyinat aldı

FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.
 
Newsport.az xəbər verir ki, o, Super Liqanın 23-cü turunda VAR sisteminin tətbiq ediləcəyi “Atromitos” – AEL (Larissa) qarşılaşmasını idarə edəcək.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Əliyar Ağayev ertəsi gün keçiriləcək “Volos” – “Apollon Smyrnis” oyununda isə VAR hakimi olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right