“Qarabağ”da 4, “Sumqayıt”da 2 itki

Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunda üz-üzə gələcək “Suqmayıt” və “Qarabağ” komandaları oyuna itkilərlə çıxacaqlar.
 
Newsport.az xəbər verir ki, Ağdam klubunda cəzalı Kevin Medina ilə yanaşı, zədəlilər Kvabena Ovusu və Rahil Məmmədov da sabahkı matçı buraxacaq. Zədəsini yenicə sağaltmış Filip Ozobiçin isə meydana çıxıb-çıxmayacağı sual altındadır.
 
“Sumqayıt”da isə kapitan Vurğun Hüseynovla cinah müdafiəçisi Cabir Əmirlinin zədəsi davam edir. Hər iki futbolçu "Qarabağ"a qarşı oynamayacaq.
 
Qeyd edək ki, "Kapital Banl Arena"da keçiriləcək "Sumqayıt" - "Qarabağ" görüşü saat 18:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right