İspaniya yığmasının baş məşqçisi: "Azərbaycanla oyun finala bərabərdir"

"Rəqibimiz müdafiə olunmağa öyrəşmiş komandadır və hər oyunda bunu daha çox etməyə çalışır. Əla qapıçıya malik komandadır. Aytac Şərifova artıq ilk oyunda öz bacarığını nümyiş etdirib".

Newsport.az məlumatına görə, bu fikirləri qadınlardan ibarət İspaniya millisinin baş məşqçisi Xorxe Vilda bu gün Azərbaycan yığması ilə keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis bildirib ki, Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv müdafiədə inamlı təsir bağışlayır: "Onlar ultramüdafiə sistemi vasitəsilə qapanırlar. Bizi gözləyən təhlükəni yaxşı bilirik. Ona görə də matça yaxşı başlamaq istəyirik. Elə oynamalıyıq ki, bütün İspaniya bizimlə fəxr etsin".

İspaniyalı baş məşqçi bugünkü görüşün final xarakteri daşıdığını vurğulayıb:"Qrupda rəqabət böyükdür. Azərbaycanla matç bizim üçün finala bərabərdir. Qarşılaşmanın nəticəsi bizi birbaşa final mərhələsinə yüksəldə bilər. Bu, bizim arzumuzdur".

Vildanın fikrincə, hava şəraiti komandasının oyununa heç bir təsir göstərməyəcək: "Təcrübə də göstərir ki, futbolçularım bunun öhdəsindən gələcək və qələbə üçün meydandə ən yaxşısını edəcəklər".

İspaniya yığmasının yarımmüdafiəçisi Aleksiya Putelyas isə söyləyib ki, Bakıdakı hazırkı hava şəraiti futbol oynamaq üçün elə də əlverişli deyil. Lakin o, çətinlikləri dəf etmək və həlledici mərhələyə çıxmaq istədiklərini vurğulayıb: "Bu yolda bizə heç nə mane olmamalıdır. Bilirik ki, rəqib meydana güclü müdafiə xətti ilə çıxacaq. Ot örtüyü isə sünidir. Çətin olacaq, amma qalib gəlməliyik. Final mərhələsinə vəsiqə üçün yaxşı imkanımız var".

Qeyd edək ki, "ASK Arena"da keçiiləcək Azərbaycan - İspaniya matçı saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right