Azərbaycanda iki futbol matçı qara görə baş tutmadı

Futbol üzrə Azərbaycan I Divizionunun iki oyunu təxirə salınıb.

Newsport.az xəbər verir ki, XIII turun "Kəpəz" - "Qaradağ Lökbatan" və "Turan Tovuz" - "Sumqayıt - 2" görüşləri ertələnib.

Tovuzdakı qarşılaşma ötən gün 51-ci dəqiqədə qarın yağması səbəbindən yarımçıq dayandırılmışdı. Görülən bütün tədbirlərə baxmayaraq, yağıntı davam etdiyindən görüş təxirə salınıb.

Gəncədəki qarşılaşma da analoji hava şəraiti ilə əlaqədar baş tutmayıb.

Hər iki matçın yeni tarixi hələlik müəyyənləşməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right