"Neftçi" qızıl medalları qazanmağa tam hazırdır"

"Biz çempionluğa çox yaxınıq. İnanıram ki, "Neftçi" 7 ildən sonra çempion ola biləcək. "Neftçi" qızıl medalları qazanmağa tam hazırdır. Hər görüşə son oyun kimi baxacağıq. Samir Abasov da çox yaxşı baş məşqçidir. Artıq bunu neçə oyunda göstərib. Taktikamız dəyişib və artıq çoxlu qol epizodları yarada bilirik".

Newsport.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Saman Nərimancahan klubun televiziyasında yayımlanan "Piramida" verilişində deyib.

İranlı yarımmüdafiəçi əvvəlki baş məşqçi Füzuli Məmmədovun da yaxşı mütəxəssis olduğunu vurğulayıb. Lakin onun fikrincə, hazırkı baş məşqçi Samir Abasov taktikanı və psixoloji durumu dəyişib: "Futbolçuların psixologiyası pozulmuşdu, onların üzərində yük çox idi. Oynadıqca, qələbə qazanmadıqca təzyiq artırdı. Abasov isə bu yükü oyunçuların çiynindən götürdü. Hamı onun rəhbərliyi altında rahat oynayır. Baş məşqçinin, futbolçuların əziyyəti ilə çempionluq əldə edə bilərik. İnanıram ki, azarkeşlərə bunu hədiyyə etməyi bacaracağıq. Neçə ildir bunu istəyirlər, amma gerçəkləşmir. Çempionluq gəlsə, mənim üçün də yaxşı il olar".

Qeyd edək ki, "Neftçi" hazırda 30 xalla Azərbaycan Premyer Liqasında liderdir. Komanda ən yaxın izləyicisi "Qarabağ"ı 1 xal qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right