UEFA “Qəbələ”nin iştirakçısı olduğu turniri ləğv etdi

UEFA Gənclər Liqasında 2020/21 mövsümü ləğv olunub.
 
Newsport.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
 
UEFA-nın belə qərar qəbul etməsinə koronavirus pandemiyası səbəb göstərilir. Avropadakı epidemioloji vəziyyətin əlverişsiz inkişafı turnir iştirakçıları üçün maddi-texniki cəhətdən çətinlik yaratdığından, 2020/21 mövsümünün keçirilməməsi qərara alınıb.
 
Qeyd edək ki, cari mövsümdə Azərbaycanı Gənclər Liqasında “Qəbələ” təmsil etməli idi. Əyalət təmsilçisi martın 4-də 1/32 fnal mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gələcəkdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right