“Mahir Emrelinin transferi hələ də aktualdır”

“Qarabağ”ın hücumçusu Mahir Emrelinin mümkün transferi hələ də Polşanın “Rakuv” klubunun gündəmindədir.
 
Newsport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Marek Papşun TVP SPORT-a müsahibəsində məlumat verib.
 
O bildirib ki, Azərbaycan millisinin də formasını geyinən 24 yaşlı forvardın məsələsi indi də aktualdır: “Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Odur ki, hər şey mümkündür”.
 
Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la müqaviləsi bu ilin yayında başa çatacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right