Kevin Medina 4 oyunluq cəzaya münasibət bildirdi

“4 oyunluq cəzalandığım üçün məyusam. Amma artıq qərar verilib”.
 
Newsport.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina AFFA İntizam Komitəsi tərəfindən diskvalifikasiya olunmasına münasibət bildirərkən deyib.
 
Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"nin futbolçusu Mamadu Kane ilə münaqişədən sonra meydandan qovulan 28 yaşlı müdafiəçi klubu tərəfindən də cəzalandığını da diqqətə çatdırıb: "Klubumuzun daxili nizam-intizam qaydaları var, ona əməl etməliyəm. Mənə hansı cəzanın verildiyini deyə bilmərəm".
 
Kolumbiyalı oyunçu 73-cü dəqiqədə baş vermiş qalmaqallı epizod barədə də danışıb: "Ekranda da göründüyü kimi, Mamadu mənimlə üz-üzə gəldi. Reaksiyam da onun kimi oldu. Hərçənd bu, öz tərəfimdən elə də yaxşı reaksiya deyildi. İnsan sənə baxırsa, bu normaldır. Amma o, yalnız baxmırsa və sənə yaxınlaşırsa, mən də onun üstünə gedərəm. Futbolda belə hallar olur".
 
Medina Premyer Liqada cəzalı olduğu üçün əvəzedici heyətdə oynaya biləcəyini vurğulayıb: "Mən futbolu sevirəm. Hazırda əsas komanda ilə məşq edirəm. Amma formamı qorumaq üçün əvəzedici komandada da oynaya bilərəm".
 
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. report.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right