“Sabah” və “Zaqatala”dan qələbə

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü turun oyunları keçirilir.
 
Newsport.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
Lider “Turan Tovuz”un “Sumqayıt-2” ilə oyunu hava şəraitinə görə (güclü qar səbəbindən) yarımçıq dayandırılıb. Qarşılaşma sabah saat 12:30-da qaldığı yerdən davam etdiriləcək.
 
“Sabah”ın əvəzediciləri səfərdə “Qarabağ″ın ikinci komandasına, “Zaqatala” isə MOİK-ə qalib gəlib.
 
Tura sabah keçiriləcək “Kəpəz” – “Qaradağ Lökbatan” matçıyla yekun vurulacaq.
 
Birinci Divizion
13-cü tur
16 fevral
 
Keşlə-2 – Neftçi-2 0:3
Qol: Asim Əlizadə, 13-pen. Fərid Nadirov, 26-avtoqol. Elton Əlibəyli, 45+3.
Hakimlər: Rauf Allahverdiyev, Vüqar Bayramov, Teymur Teymurov, Vüqar Həsənli.
“ASK Arena”.
 
17 fevral
 
Turan Tovuz – Sumqayıt-2 0:0
51-ci dəqiqədən təxirə salınıb
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu.
 
Qarabağ-2 – Sabah-2 1:2
Qol: Seyxan Fərəcov, 69 – Təbriz İsazadə, 89. Elşən Abdullayev, 90.
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Rauf Cabarov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).
 
MOİK – Zaqatala 0:3
Qol: Xəlil Bəşirov, 3. Xəqani Sadıxov, 7. Bəhruz Teymurov, 19.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Binə qəsəbə stadionu.
 
18 fevral
 
14:00 Kəpəz – Qaradağ Lökbatan
Gəncə şəhər stadionu




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right