“Məhkəmədə bəraət aldıqdan sonra vəziyyət dəyişdi” İsrafilov

Futbol üzrə Azərbaycan millisinin və İspaniyanın “Albasete” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov məhkəmədə bəraət alması barədə danışıb.

Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu İspaniya mətbuatına açıqlamasında bildirib ki, günahsızlığı sübuta yetirildikdən sonra futbola daha yaxşı köklənə bilir:

“Məhkəmədən sonra özümü yaxşı hiss edirəm. Artıq meydana daha sakit çıxır, nə etdiyimi bilirəm. Meydana çıxanda xoş olmayan sözlər eşidir, istəmədiyim hadisələrin şahidi olurdum. Əslində kənardan göründüyü qədər sakit deyildim. Bəraət aldıqdan sonra isə vəziyyət dəyişdi. Burada baş məşqçinin mənə yanaşması, komandanın inamı və qazanılan nəticələr də müsbət rol oynadı. Artıq hər şey çox yaxşıdır”.

Qeyd edək ki, 2016-cı ildə “Eybar”da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunan Eddi İsrafilov yanvarın 19-da bəraət alıb. Digər futbolçular isə iki il həbs cəzasına məhkum edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right