"Azərbaycanda gördüklərimdən fərqli şeylər yaşadım"

"Neftçi"nin sabiq futbolçusu, hazırda Yunanıstanın ikinci liqasındakı "İonikos" klubunda çıxış edən Vangelis Platellas Azərbaycandakı karyerası haqda danışıb.

Newsport.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, o, ölkəmiz haqda müsbət fikirlər səsləndirib: "Neftçi"yə keçməklə karyeramda ilk dəfə Yunanıstandan ayrılmışdım. Bu, mənim üçün həyat təcrübəsi idi. Azərbaycanda gördüklərimdən fərqli şeylər yaşadım. Ora eşitdiyimiz kimi deyil, şərtlər tamamilə fərqli və çox gözəldir".

Qeyd edək ki, V.Platellas 2019-cu ilin yanvarından 2020-ci ilin iyulunadək Neftçi"də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right