Bu gün futbol üzrə Azərbaycan I Divizionunda XIII tura start veriləcək.
Newsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.
Turun açılış matçında “Keşlə” və “Neftçi”nin əvəzedici komandaları üz-üzə gələcək. Peşəkar Futbol Liqası bu oyun üçün bütün təyinatları da açıqlayıb. Həmin təyinatları təqdim edirik:
I Divizion
XIII tur
16 fevral
“Keşlə-2” – “Neftçi-2”
Hakimlər: Rauf Allahverdiyev, Vüqar Bayramov, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASK Arena”, 14:00.