"Sabah"da debüt etdi

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Zirə” ilə səfər oyunu "Sabah"ın yeni transferi Dmitro Klots üçün əlamətdar olub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, belə ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matçın 68-ci dəqiqəsində Mario Marinanın yerinə meydana daxil olan ukraynalı yarımmüdafiəçi, “Sabah”da debüt edib.

2:2 hesablı bərabərliklə nəticələnən qarşılaşma Amadu Diallo və Coşqun Diniyev üçün də əlamətdar olub. Belə ki, Coşqun “Sabah”ın heyətində Premyer Liqada 40-cı, qvineyalı legioner isə 30-cu oyununu keçirib.    





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right