"Qarabağ"ın oyunçusunu ağır cəza gözləyir

Premyer Liqanın 15-ci turunun "Qarabağ" - "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan meydan sahiblərinin müdafiəçisi Kevin Medinanı ağır cəza gözləyir.

Newsport.az-ın məlumatına görə, kolumbiyalı futbolçu matçın  73-cü dəqiqəsində rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib. Qaydaya əsasən, belə hərəkət bir futbolçu tərəfindən digər futbolçuya qarşı yönəlirsə, onu 3-4 oyunluq cəza gözləyir.

Matçın 22-ci dəqiqəsində Maksim Medvedyevə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alan "Neftçi"nin müdafiəçisi Ömər Buludova isə 2 oyunluq cəza verilə bilər. Azərbaycan derbisində 2-ci sarı vərəqədən sonra "qırmızı" alan "Neftçi"nin digər oyunçuları Mamadu Kane və Voyislav Stankoviçə isə 1 oyunluq cəza veriləcək.

Qeyd edək ki, qərarları AFFA İntizam Komitəsinin gələn həftə açıqlayacağı gözlənilir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right