“Kəpəz”in yubiley oyunu

Gəncənin “Kəpəz” klubu Azərbaycan kubokunda 100-cü oyununu keçirib.

Newsport.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb.

Yubiley 1/4 final mərhələsinin “Keşlə” ilə matçına təsadüf edib. Bu qarşılaşmayadək 99 görüşə çıxan qərblilər 0:2 hesabı ilə uduzub. Turnirdə 1992-ci ildə debüt edən “Kəpəz” 57 qələbə qazanıb, 15 heç-heçə edib və 28 dəfə uduzub. Gəncəlilər 180 qol vurub, 104-nü buraxıb.

Qeyd edək ki, “Kəpəz” evdə 47, səfərdə 49, neytral meydanda 4 dəfə qüvvəsini sınayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right