“Neftçi”dən acınacaqlı göstərici

“Neftçi” Azərbaycan kubokunda uğursuz seriyanı davam etdirir.

Newsport.az-ın xəbərinə görə, paytaxt təmsilçisi dalbadal iki mövsümdür bu yarışda bir qol belə vura bilməyib.  Ümumiyyətlə, “ağ-qaralar” son dəfə kubokda 2018-19 mövsümündə “Sumqayıt”la 1/4 final matçında (1:0) fərqlənib. Buna baxmayaraq, həmin mövsüm “Neftçi” digər matçda “Sumqayıt”a 2:0 hesabı ilə uduzduğundan mərhələ adlaya bilməyib.

Sonrakı iki mövsümdə də komanda mübarizəyə başladığı 1/4 finalda məğlubiyyətlə üzləşib. 2019/20 mövsümündə də onlar “Sumqayıt”ın öhdəsindən gələ bilməyiblər (0:1, 0:0).

Maraqlıdır ki, 2020/21 mövsümündə də “Neftçi” eyni hesablı uğursuzluqla üzləşib. Bu dəfə komanda “Zirə” qarşısında aciz qalıb (0:1, 0:0) və rəqib qapısına bir dəfə də olsun yol tapa bilməyib.

Nəticədə hazırda klubun azarkeşləri vaxtında yaxşı hücumçu almadığına görə klubu tənqid edir.

Əlavə edək ki, Azərbaycan kubokunun altıqat qalibi olan “Neftçi”nin bu yarışda son ən yaxşı nəticəsi 2015/16 mövsümünə təsadüf edir. Həmin vaxt komanda finala qədər gəlsə də, həlledici görüşdə “Qarabağ”a 0:1 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right