Ukraynanın tanınmış futbolçusu Azərbaycanda çıxış edə bilər

Ukrayna millisinin sabiq üzvü Yevgeni Xaçeridi karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Dinamo Kiev İnsider"in teleqram kanalı məlumat yayıb.

34 yaşlı təcrübəli müdafiəçinin agentləri ona yeni klub axtarırlar. Ən çox ehtimal olunan variant kimi Azərbaycan və Qazaxıstan komandaları göstərilib. Xaçeridinin təmsilçiləri diqqətlərini məhz bu iki ölkəyə yönəldiblər. Çünki o, maaş səbəbindən Ukrayna Premyer Liqasındakı klublardan cavab ala bilməyib".

Qeyd edək ki, son olaraq Belarusun "Dinamo" (Brest) klubunda oynayan Yevgeni Xaçeridi 51 dəfə Ukrayna yığmasının formasını geyinib. O, 2018-ci ildə "Qarabağ" klubunun təklifini geri çevirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right