Araz Abdullayevli “Boluspor” yenə məğlub oldu

Futbol üzrə Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Araz da bu görüşün iştirakçısı olub. Lakin o, matçın 90+1-ci dəqiqəsində meydana buraxılıb.
 
20 oyundan sonra hesabında 19 xalı olan “Boluspor” 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right