"Neftçi"nin legioneri Qurbanovun maraq dairəsində

«Neftçi»nin yarımmüdafiəçisi Sabir Buqrin Qurban Qurbanovun maraq dairəinə düşüb.

Newsport.az-ın məlumatına görə, «Qarabağ»ın baş məşqçisi belçikalı legioneri 2 aydır diqqət mərkəzində saxlayır.

Təcrübəli mütəxəssis mövsümlərarası fasilədə «ağ-qaralar»la müqavilə bağlamış Buqriniə bağlı araşdırma aparmağı, həm maliyyə şərtlərini, həm də xasiyyətini öyrənməyi tapşırıb.

O, «Qarabağ»a Avropa Liqasından tanışdır. Ötən mövsüm Ağdam klubu ilə bir qrupa düşmüş «Düdelanj»ın formasını geyinmiş Buqrin Bakıda keçirilmiş matçda (1:1) fərqlənməyi də bacarıb.

Belçikalının «Neftçi»də ayına 7000 dollar qazandığını diqqətə çatdıraq.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right