“İstənilən kimi oynaya bilmədik” - Yaşar Vahabzadə

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Kəpəz” – “Keşlə” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Yaşar Vahabzadənin mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis 0:2 hesablı ev məğlubiyyətinə şərh verib.

Vahabzadə komandasının uğursuzluğunu səhvlərlə izah edib: “Əks-hücumlarda istənilən kimi oynaya bilmədik. Müdafiədə səhvlərdən iki qol buraxdıq".

Qeyd edək ki, ilk oyunda da uduzan (0:1) 1-ci divizion təmsilçisi mübarizəni dayandırıb. (Apasport.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right