Türkiyə klubu “Qarabağ”ın hansıa futbolçusuna dəvət göndərib?

Premyer Liqanın lideri olan “Qarabağ” Abdulla Zubirlə müqaviləni yeniləyib.

Newsport.az-ın məlumatına görə, ağdamlılar 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalayıb.

Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir. Fransalı futbolçunun əvvəlki müqaviləsi bu ilin iyuluna qədər idi. O, “instaqram” səhifəsində komandası ilə müqavilə yeniləməsinə münasibət bildirib:

“Möhtəşəm komanda olan “Qarabağ”la yenidən saziş bağladığıma görə xoşbəxtəm. Klubda çalışanlara, azarkeşlərə, ailəmə təşəkkürümü bildirirəm. 3 ildi mənim üçün inanılmaz işlər görən menecerim Sem Nordinə minnətdaram. Həmçinin xüsusi təşəkkürümü Asif Əsgərova bildirirəm”.

Mərakeşəsilli fransalının “köhlən atlar”la müqaviləsinin detalları ilə bağlı redaksiyamıza məlumat daxil olub. 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”da qalmaq üçün bir çox təklifdən imtina edib.

Ən real variant qardaş ölkədən olub. Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Sivasspor” Zubiri transfer etmək niyyətində olub.

Lakin həm müqavilənin şərtləri, həm də komandanın superliqadakı vəziyyəti yarımmüdafiəçini razı salmayıb.

Fransalı yüksək maaş təklifinə rəğmən, keçidə razılıq verməyib. Və “Qarabağ”ın yeni müqavilə istəyini müsbət qarşılayıb.

Yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində ən çox maaş alan futbolçulardan biridi. Fransalı yeni müqavilənin 3 illik olduğunu nəzərə alaraq, məvacibində endirimə də razılıq verib.

Buna səbəb ağdamlıların çempionluq uğrundan mübarizə aparması və “köhlən atlar”ın heyətində daim avrokuboklarda oynaması olub (Futbol+).

Futbolçu başqa klubların təklifini geri çevirdiyini bu sözlərlə təsdiqləyib: “Hər şey olduqca sadədi. Burda özümü çox yaxşı hiss edirəm.

Daha çox çalışacam. Ailəm və mən burda xoşbəxtik. Başqa təkliflərim də vardı. Amma mənim üçün əsas prioritetin "Qarabağ" olacağını bildirdim.

Sonda qalmağa qərar verdim. Burda daha yaxşı karyera qurmaq imkanı var. Evimə çevrilən klubla müqaviləmin müddətini uzatdığıma görə şadam ”.

Zubir cari mövsümdə “Qarabağ”ın heyətində keçirdiyi 21 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right