"Zirə" və "Keşlə" də yarımfinalda Yenilənib

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin son cavab oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, “Kəpəz” doğma meydanda ilk matçda 0:1 hesabı ilə uduzduğu “Keşlə”ni qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mərhələnin sonuncu matçında isə “Neftçi” ilk qarşılaşmada 0:1 hesabı ilə məğlub olduğu “Zirə”nin qonağı olub. Qarşılaşmada hesab açılmayıb

Bu nəticələrdən sonra "Keşlə" və "Zirə" yarımfinalda rəqib olublar.

Ötən gün keçirilən oyunlardan sonra "Sumqayıt" və "Qarabağ" yarımfinalda rəqib olmuşdular.

 

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

7 fevral

14:30. “Kəpəz” – “Keşlə” - 0:2
Qol: 
Rəhman Hacıyev, 58 (0:1), Anatole Abanq, 90 (0:2)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu
Gəncə şəhər stadionu, (İlk oyun 0:1)

17:30. “Zirə” – “Neftçi” 0-0
Hakimlər:
 İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu, (İlk oyun 1:0)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right