“Sumqayıt”ın kapitanı növbəti oyunu da buraxacaq

“Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov Azərbaycan Kubokunun 1/4 finalında "Səbail"ə qarşı cavab matçında da iştirak etməyəcək.
 
Newsport.az xəbər verir ki, klubdan "Report"a verilən məlumatda 33 yaşlı müdafiəçinin zədə səbəbindən oynamayacağı diqqətə çatdırılıb.
 
Hüseynov Azərbaycan Premyer Liqasının 14-cü turunda Bakıda "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdə əzələsini dartıb. Kapitan "Səbail"ə 0:1 hesabı ilə uduzduqları kubokun ilk 1/4 final oyununu buraxmalı olub.
 
Qeyd edək ki, fevralın 6-da “ASCO Arena”da keçiriləcək "Səbail" - "Sumqayıt" qarşılaşmasına saat 18:00-da start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right