“Sumqayıt”la “Keşlə”nin sınaq matçında 4 qol

Futbol üzrə Azərbaycan Birinci Divizionunda ikinci dövrəsinə hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Newsport.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”da “Keşlə-2” ilə üz-üzə gəlib.
 
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu oyunda “Sumqayıt”ın hər iki qolunu Mehman Məsimov rəqib qapısından keçirib.
 
Qeyd edək ki, “Sumqayıt-2” Birinci Divizionun 12-ci turu çərçivəsində fevralın 11-də səfərdə "Qaradağ Lökbatan"la qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right