“Səbail”in sabiq futbolçusu: "Azərbaycana pula görə getməmişdim"

"Dəfələrlə öz cibimdən pul xərcləmişəm. Heç vaxt pul qazanmaq və komanda seçmək istəyən futbolçu olmamışam".
 
Newsport.az xəbər verir ki, bu fikirləri “Səbail”in sabiq futbolçusu Bəxtiyar Rəhmani karyerası barədə danışarkən deyib.
 
Hazırda İsveçin "Dalkurd" komandasında çıxış edən iranlı yarımmüdafiəçi bildirib ki, futbolu zövq almaq üçün oynayır: 
 
"Azərbaycana pul üçün getməmişdim. Heç vaxt futboldan ciddi gəlirim olmayıb. Bəlkə də bunu demək səhvdir, amma dəfələrlə oynadığım komandalarda futbolçulara ödəniş etmişəm. Şükürlər olsun ki, heç vaxt özümü pula satmamışam".
 
Qeyd edək ki, Bəxtiyar Rəhmani yanvarın 8-də "Səbail"lə yollarını ayırıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right