“Nuriyev Azərbaycan millisinə xeyir verə bilər” Popoviç

“Anatoli Nuriyev haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm. O, həm yaxşı futbolçu, həm də yaxşı insandır”.
 
Newsport.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ukraynanın "Minay" klubunun qapıçısı Andrey Popoviç komanda yoldaşı Anatoli Nuriyevin Azərbaycan millisinə cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.
 
Ukraynalı qolkiperin sözlərinə görə, 25 yaşlı hücumçu yığmaya xeyir verə biləcək səviyyədədir: "Nuriyev fiziki cəhətdən çox güclüdür. Dəqiq pasları var və qüvvətli zərbələrə malikdir. Bu keyfiyyətləri ona hücumçu kimi üstünlük qazandırır. Hesab edirəm ki, milliyə xeyir verə bilər. AFFA-dan təklif gələrsə, mütləq razılaşmalıdır".
 
"Minay"da oynayan digər həmyerlimiz Rüstəm Əhmədzadə barədə də danışan Azərbaycan millisinin keçmiş qapıçısı onun gənc və perspektivli futbolçu olduğunu söyləyib.
 
Qeyd edək ki, 2011-2014-cü illərdə U-21 və əsas yığmanın formasını geyinmiş Andrey Popoviç "Bakı", "Sumqayıt", "Turan" və "Qəbələ"də də çıxış edib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right