AFFA iki klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı qərarlar verilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”  – “Səbail” oyununda qonaq komanda stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunub.
 
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə”  – “Kəpəz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right