"Qarabağ"ın sabiq futbolçusu 38 yaşında klubunu dəyişdi

"Qarabağ" klubunun sabiq futbolçusu Sergey Kravçenko 38 yaşında yeni kluba keçib.
 
Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi Ukraynanın II liqasında çıxış edən "Çernomorets"lə müqavilə imzalayıb.
 
Ukraynalı oyunçunun Odessa təmsilçisi ilə sözləşməsinin müddəti göstərilməyib.
 
Qeyd edək ki, Sergey Kravçenko 2005/2006 mpvsümündə "Qarabağ"ın formasını geyinib. Donetsk "Şaxtyor"unun yetirməsi olan yarımmüdafiəçi 10 dəfə Ukrayna millisində çıxış edib və 1 qol vurub. O, son olaraq "Dnepr-1"in uğurları üçün çalışıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right