“Qol vurmağa layiq idik” Stankoviç

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyundan (0:1) sonra klubun rəsmi saytına açıqlama verib. 
 
Newsport.az xəbər verir ki, serbiyalı futbolçu komandasının səhvləri düzgün təhlil edib təkrarlamayacağı halda növbəti mərhələyə adlayacağına inandığını bildirib:
 
“İlk 20-25 dəqiqədə öz oyunumuzu heç cürə tapa bilmirdik. Duellərdə və təhlükəli vəziyyətlərdə uduzurduq. Digər tərəfdən, "Zirə” güclü komandadır, yaxşı müdafiə və yarımmüdafiə xətti var. Bununla belə, ikinci hissədə daha inamlı oynayıb bir neçə dəfə qol epizodu yarada bildik. Qol vurmağa layiq idik, sadəcə, alınmadı. Zirədəki cavab matçında yaxşı oyun göstərməliyik. Yarımfinala vəsiqə qazanmaq şansımız var. Bunun üçün bugünkü səhvlərimizi düzgün təhlil edib cavab oyununda bunları təkrarlamamaq lazımdır. İnanıram ki, belə olsa, növbəti mərhələyə adlayacağıq”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right