“Günah Səlahəti qapıya qoyandadır” Samir Abasov

“Uduzandan sonra nəsə demək çətindir. Çox yaxşı oyun keçdi”. Newsport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə” ilə keçirilən oyundan sonra deyib.
 
“Bakcell Arena”da baş tutan qarşılaşmada Abasovun kollektivi onun sabiq komandasına 0:1 hesabı ilə məğlub olub.
 
43 yaşlı çalışdırıcı oyunsonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Matçın üstündə çox dayanmayacağam. Bizim həddindən artıq azarkeşlərimiz var. Onlara müraciət edirəm ki, Səlahət Ağayevin üstünə çox düşməsinlər. Xahiş edirəm, günah onu qapıya qoyandadır. Öz komandamıza görə onun üstünə düşməyək. Təcrübəsi var, onun da səhv etməsi normaldır. Azarkeşlərdən xahiş edirəm ki, yazılarımıza diqqət edək. Bizim azarkeş qruplarımız böyükdür. Qapıçının üstünə düşməyək ki, onun səhvi yoxdur. Bundan sonra komandamıza çətin olacaq. "Zirə" müdafiəyə meyil etdi. Amma nəticəni dəyişə bilmədik. Monroz və Lavalla bağlı problem var. Hücumçu da ala bilməmişik".
 
Abasovun sözlərinə görə, rəqib bu gün Sabir Buqrinin oyununu uğurla bağlayıb: "Necə edə bilərik? İkinci Buqrinimiz yoxdur. Yenə şans 50 faizdir. Özümüzə inanırıq. Riçard Almeyda ayağını tutanda futbolçulara dedim ki, topu kənara çıxarın. Ona görə mübahisə yarandı. Görüşdə çox qol epizodları yaratmadıq. Topun biri dirəkdən qayıtdı. Həqiqətən yaxşı oynadıq. Məncə, heç-heçə ədalətli olardı”.
 
Baş məşqçi kapitan Emin Mahmudovdan fərqli oyun istədiyini deyib: “Emin əvvəl müdafiəyə yaxın oynayırdı, indi isə hücuma meyil etməsini istəyirik. Dodağı partladı, tikiş atılıb. Görüşün ikinci hissəsində daha dinamik oynadıq. Çempionatda ikinci pilləyə düşməyimiz bizdə inamsızlıq yaratmır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right