“Keyfiyyət fərqi sözünü dedi” – Elmar Baxşıyev

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 1:3 hesabıyla uduzduqları səfər matçından sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

Rəqibimiz “Qarabağ”dır və səviyyələrini hər kəs bilir. Hazırlaşmışdıq, müqavimət göstərməyə çalışdıq. Hardasa alındı, hardasa yox. Keyfiyyət fərqi öz sözünü dedi, komandalar arasında fərq var. Buna baxmayaraq, komandamı oyuna görə təbrik edirəm, futbolçular yaxşı mübarizə apardılar.

Son oyunlarda Murad Musayev az şans qazanır. Səbəb nə idi?

Sərəncamımda olan bütün futbolçulardan istifadə edirəm. Bu gün əlimdəki ən optimal heyəti buraxdım. Gələcək oyunlarda da Muraddan istifadə edəcəyik.

Zubir və Andradenin meydana daxil olmasından sonra 2 qol buraxdız. Bu, Zubir və Andradenin keyfiyyəti ilə bağlıdır, yoxsa komandada yorğunluq yaranmışdı?

Biz oyuna öz prizmamızdan yanaşırıq. Unutmayaq ki, rəqibimiz “Qarabağ”dır. Zubirin də keyfiyyəti hamıya məlumdur.

Vurduğunuz bir qol sayəsində şansınızı saxladığınızı demək olar?

Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, şanslarımızdan maksimum istifadə edək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right