"Hazırda ən böyük çatışmazlığımız..." - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Səbail"ə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, matçla bağlı deyib:

“Azərbaycan Kubokunun 1/4 finalının ilk oyununda qələbə qazanmağı çox istəyirdik. Əsas məqsədlərimizdən biri də qapımızı toxunulmaz saxlamaq idi, təəssüf ki, bunu bacarmadıq. Birinci hissədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Fasilədən sonra daha yaxşı oynasaq da, qol imkanlarını boşa verdik. Hazırda ən böyük çatışmazlığımız da məhz qol imkanlarından yararlana bilməməkdir. Tez bir zamanda bu problemi aradan qaldırmağa çalışacağıq. Artıq bugünki oyunu unudub, cavab qarşılaşmasına hazırlaşacağıq. Turu keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right