“Zirə”dən ayrılan futbolçu rəsmən “Səbail”də

“Zirə”nin ötən gün yollarını ayırdığı müdafiəçi Ali Siseyin yeni klubu müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, Syerra-Leone yığmasının üzvü karyerasını Azərbaycanda davam etdirəcək.
 
Belə ki, 27 yaşlı mərkəz müdafiəçisi “Səbail”ə keçib. Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Xəbərdə futbolçu ilə cari mövsümün sonadək müqavilə imzalandığı diqqətə çatdırılıb. Müdafiəçi yeni komandasında “4” nömrəli formanı geyinəcək.
 
Xatırladaq ki, Sisey ötən ilin qış fasiləsində keçdiyi "Zirə"də Rəşad Sadıqovun baş məşqçi postuna gəlişindən sonra əsas heyətə düşməkdə çətinlik çəkirdi.
 
“Səbail” Siseydən öncə gürcü hücumçu Luka İmnadzeni və Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviçi heyətinə qatmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right