"Qarabağ" və "Səbail"dən qələbə Yenilənib

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, ilk matç günü üçün nəzərdə tutulan 2 görüşdən artıq 1-i başa çatıb. "Sumqayıt" doğma meydanda "Səbail"i qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda "Qəbələ" "Qarabağ"ın qonağı olub və 1:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, bu cütlüklərin cavab oyunları fevralın 6-da keçiriləcək.

1 fevral (bazar ertəsi)

18:00. “Qarabağ” – “Qəbələ” - 3:1
Qollar: 
Kvabena Ovusu, 55 (1:0), Mahir Emreli, 72 (2:0), 74 (3:0), Ceyms Adeniyi, 88 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Reallaşdırılmayan penalti: Uroş Matiç ("Qarabağ"), 33
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Sumqayıt” – “Səbail” - 0:1
Qol: 
Amil Yunanov, 12 (0:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
“Kapital Bank Arena”

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right