"Zirə" yeni futbolçu ilə müqavilə imzaladı

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Filipe Pahtmanla 6 ay + 3 illik müqavilə imzalayıb. Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Gənc futbolçu bu mövsüm 7 oyun (359 dəqiqə) keçirib və qol vurmayıb. Filipe "Lvov"a 2019-cu ilin yayında "Fluminense"nin akademiyasından keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right