UEFA "Qarabağ"ın şikayətini rədd etdi

UEFA "Qarabağ" klubunun sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin müraciəti rədd edilib.

Beləliklə, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib.

UEFA Vətən müharibəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. "Qarabağ" isə 100 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right