"2 ay futbolsuz qalmamaq üçün razılıq verdim" "Sumqayıt"ın iranlı legioneri

"Peykan"dan ayrıldıqdan sonra bir neçə yerli klubdan təklif almışdım.

İranda qalsaydım, futbol oynamaq üçün 2 ay gözləməli olacaqdım. Buna görə "Sumqayıt"a keçməyə razılıq verdim. Azərbaycanda oynamaq mənim üçün yeni çağırışdır".

Newsport.az-ın məlumatına görə, "Sumqayıt"ın yeni legioneri Höccət Haqverdi "Tasnim" nəşrinə açıqlamasında "gənclik şəhəri" təmsilçisinə keçidi barədə danışarkən deyib.

İranlı müdafiəçi bildirib ki, ölkəmizə gəlməzdən öncə bir çox insanla məsləhətləşib: "Yeni komamdamla mövsümün sonunadək müqavilə bağlamışam.

Burada özümü yaxşı hiss edirəm. Azərbaycan futbolunun şərtləri və imkanları İrandakı ilə müqayisəedilməzdir. Burada texnikalı oyuna üstünlük verirlər.

Futbolun səviyyəsi yüksəkdir. Açığı, Azərbaycandakı şəraiti görəndə yaxşı mənada təəccübləndim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right