4-cü dubl "Zirə"nin statistikası

1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyununda fərqlənən Nemanya Andelkoviç, Davit Volkov və Musa Qurbanlı “Zirə”nin heyətində ölkə kubokunda qol hesabını açıb.

Newsport.az-ın məlumatına görə, bu görüşədək “qartallar”ın 16 futbolçusu turnirdə fərqlənmişdi. Bu rəqəm 19-a yüksəlib.

“Qaradağ Lökbatan”ın qapısına 2 qol vuran Davit Volkov klub tarixinə kubokda dubla imza atan 4-cü futbolçu kimi düşüb.

Dahav əvvəl Nelson Bonilya 2015/16, Vüsal İsgəndərli 2017/18, Adil Nağıyev 2018/19 mövsümündə bunu bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right