"Qarabağ"ın keçmiş futbolçusu Niderland klubunda

"Qarabağ"ın keçmiş futbolçusu Leroy Corc karyerasını Niderlandda davam etdirəcək.

 

Newsport.az xəbər verir ki, 33 yaşlı vinger "Fortuna" klubuna keçib. Erediviziya təmsilçisi Surinam əsilli niderlandlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

 

Leroy Corc 2013-2015-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubunda 2 dəfə ölkə çempionu olub, 1 dəfə Azərbaycan kubokunu qazanıb.

 

Leroy "Qarabağ"dan ayrıldıqdan sonra Türkiyənin "Göztəpə", "Adana Dəmirspor", Avstraliyanın "Melburn" və BƏƏ-nin "Baniyas" klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right