"Kəpəz"dən sensasiya, "Zirə" və "Qəbələ" 1/4 finalda Yenilənib

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günü üçün nəzərdə tutulan 3 matçın hamısı başa çatıb.

“Qəbələ" səfərdə 1-ci divizion təmsilçisi “Turan Tovuz”un qonağı olub və 2 cavabsız qolla qalib gəlib. Beləliklə, əyalət təmsilçisi 1/4 finalda “Qarabağ”la qarşılaşacaq.

“Qaradağ Lökbatan” isə “Zirə”ni qəbul edib. 4:0 hesablı darmadağınla qələbə qazanan "Zirə" 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

“Sabah” isə “Kəpəz”i sınağa çəkib. Bu görüşdə Gəncə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib və növbəti mərhələdə "Keşlə"yə rəqib olub.
25 yanvar

Azərbaycan kuboku

1/8 final


17:00. “Sabah” – “Kəpəz” - 1:2
Qollar: 
Filip İvanoviç, 45+1 (1:0), Samir Qurbanov, 68 (1:1), Əli Səmədov, 84
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
“Bank Respublika Arena”

16:00. “Qaradağ Lökbatan” – “Zirə” - 0:4
Qollar: 
Nemanya Andelkoviç, 12 (0:1), Davit Volkov, 27 (0:2), Musa Qurbanlı, 30 (0:3), Davit Volkov, 45+1 (0:4)
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
“Dalğa Arena”

14:00. “Turan Tovuz” – “Qəbələ” - 0:2
Qollar: 
Stefan Vukçeviç, 32, Ceyms Adeniyi, 45+2
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right