"...O adam Yunis Hüseynovu həzm edə bilmir" Açıqlama

Bu gün “Keşlə”nin baş məşqçisi vəzifəsindən istefa verən Yunis Hüseynov Qol.az saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə55 yaşlı mütəxəssis paytaxt təmsilçisi ilə yolları ayırmasının səbəbinin komandanın uğursuz çıxış etməsində olmadığını bildirib:

“Keşlə”dən ayrılmağımın səbəbi yoxdur. Klub rəhbərliyi ilə münasibətim əladır və bundan sonra da əla olacaq. Sadəcə, özüm istefa verdim, çıxdım. Buna uğursuzluq demək olmaz. Komandanın ümumi nəticəsinə mövsümün axırında baxmaq lazımdır. Kimsə deyirsə, uğursuzluğa görə istefa vermişəm, yəqin ki, o adam Yunis Hüseynovu həzm edə bilmir. Mən komandanın çıxışını uğursuz saymazdım. Hələ qarşıda 14 tur var".

Qeyd edək ki, Y.Hüseynov 2020-ci ilin avqustunda komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda Azərbaycan Premyer Liqasında 14 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right