Millimizə 27 futbolçu çağırıldı

Yanvarın 25-dən fevralın 4-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək.

Hazırlıq prosesinə 27 futbolçu çağırılıb:

Xəyal Fərzullayev, İbrahim Nağıyev (hər ikisi "Sumqayıt"), Vaqif Yeqanov, Nihad Əliyev (hər ikisi "Qarabağ"), Məmməd Muradov, Samir Ağayev, Murad Musayev, Ravil Qafarov, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Okan Təhməzli, Eşqin Əhmədov, Kənan Baxışov, Sənan Ağalarov (hamısı "Qəbələ"), Həmzəali Mikayılov, Fəxri Məmmədli, Səbuhi Qurbanov, Tuncay Yusifli, Ramil Nurəhmədov (hamısı "Sabah"), Rüfət Abbasov, Ömər Qurbanov, İbrahim İbrahimli (hamısı "Neftçi"),  Hacıəli Şirəliyev ("Səbail"), Edqar Adilxanov, İftixar İbrahimov (hər ikisi "Keşlə"), Nahid Əliyev ("Moskovskaya Zastava"),  Emin Hüseynzadə ("Binə")





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right